“Azfinance İnvestisiya Şirkəti”nin zərəri 3.5 dəfə artıb

“Azfinance İnvestisiya Şirkəti” QSC  2016-cı il üzrə maliyyə göstəricilərini açıqlayıb. Belə ki, şirkətin ötən il üzrə aktivləri hesabat dövründən əvvəlki il ilə müqayisədə 61.7 % artaraq 22 mln. 317 min 704 manata çatıb.

“Azfinance İnvestisiya Şirkəti”nin 2016-cı il üzrə cəmi öhdəlikləri 21 mln. 406 min 161 manat , cəmi gəliri 1 mln. 222 min 902 manat, cəmi xərcləri isə  626 min 979 manat təşkil edib.

Qeyd edək ki, şirkət ötən il üzrə 161 min 766 manat zərər açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır