Hazırda ilk milli naviqasiya sistemi olan “AzNav” sistemin istifadəçilərinin sayı 270 mini ötüb. Bunun 206 min nəfəri Android əməliyyat sistemli telefonlardan qalanı isə iOS əməliyyat sistemini dəstəkləyən telefonlardan qoşulub.
İstifadəçilər “AzNav”ı iOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlardan və eyni zamanda telefon və planşetlərdən ödənişsiz olaraq yükləmək imkanına malikdir. Eyni zamanda vətəndaşlar əlavə internet paketi götürmədən də sistemi offline rejimdə işlədə bilərlər. Bu isə onların vəsaitlərinə qənaət etməsinə imkan verir.
Qeyd edək ki, Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və tikili, 77972 maraq nöqtəsi POİ (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.