27 aprel 2018-ci il tarixində Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “İqtisadi inkişaf və bazar imkanları” Platformasının 18-ci iclası keçiriləcək.
Platformanın iclaslarında Avropa İttifaqının və Şərq Tərəfdaşlığı ölkələrinin səlahiyyətli nümayəndələri ilə yanaşı həmin ölkələrdə fəaliyyət göstərən biznes dairələrinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur. Bununla əlaqədar olaraq, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar adıçəkilən tədbirdə iştiraka dəvət olunurlar.
Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlar ətraflı məlumat üçün keçiddən istifadə edə bilərlər.