AZPROMO ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının (CCPIT) təmsilçiləri arasında görüş keçirilib.

Tədbirdə Azərbaycanın biznes imkanları, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yerli məhsulların Çinə ixracı, həmçinin investisiya, tranzit, logistika sahəsində qarşılıqlı əməkdaşlıq potensialını diqqətə çatdırıb.

Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğu vurğulanaraq, ötən ilin noyabr ayında bu ölkəyə həyata keçirilən ixrac missiyası barədə məlumat verilib.

Görüş çərçivəsində tərəflər arasında iki ölkənin ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi, eləcə də ixracın və xarici sərmayələrin təşviqini, təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır