AZPROMO sahibkarlara müraciət edib

Çinin paytaxtı Pekin şəhərində 14-cü Çin Xarici Səyahət və Turizm Sərgisi (China Outbound Travel & Tourism Market – COTTM) və B2B keçiriləcək. Bu, Çində xarici turizmin inkişafı üçün nəzərdə tutulan illik turizm sərgisidir.

Sərginin cari ilin 16-18 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr qeyd olunan tədbirlərdə iştiraka dəvət olunurlar. Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır