AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

İyulun 5-də Bakı Biznes Mərkəzində AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların qlobal dəyər zəncirlərinə inteqrasiyası, istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin artırılması, kiçik və orta sahibkarların Avropa İttifaqı idxalçıları ilə əlaqələrinin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi və s. nəzərdə tutulur.

Bununla bağlı keçirilən tədbirdə bildirilib ki, Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa dəstəyin gücləndirilməsi, sənaye parklarının və zonalarının, aqroparkların yaradılması istiqamətində mühüm işlər görülür.

Bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 mln. manat həcmində ixrac təşviqi ödənilib. Həmçinin, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər ayrılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır