Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi təmin olunub

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli Sərəncamının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (yüz) manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.

BBN.az xəbər verir ki, birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına dəstək olub.

Qeyd edək ki, Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır