Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası öz işinə başlayıb.
İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Tədbirin gündəliyinə BƏT-in Baş direktoru Qay Rayderin “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzədə əksini tapan məsələlərə dair çıxışların edilməsi, layiqli əməyin gələcəyinə, habelə miqrantların və qaçqınların əmək bazarlarına ədalətli və səmərəli çıxışına, əmək sahəsinin idarə olunmasına dair müzakirələrin aparılması daxildir.