Bəzi ərazilərdə təbii qazın verilişində fasilələr yaranacaq

16 avqust 2018-ci il tarixdə saat 10:00-dan 18:00-dək, Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

BBN.az xəbər verir ki, fasilələr istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş tədbirlər planına əsasən istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədardır.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır