29 avqust 2017-cı il tarixdə saat 09:00-dan təbii qazın verilişində fasilələr yaranacaq.
Belə ki, Binəqədi rayonu, Binəqədi şosesində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mənbəyə qoşulması və “Gəncə” Qaz Paylayıcı Stansiyasının yenidən qurulması məqsədilə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, Binəqədi rayonunun, 6,7,8 və 9-cu mikrorayonlarının , Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin və Motodrom adlanan ərazinin, həmçinin Gəncə şəhərinin bir hissəsində işlər yekunlaşanadək qazın verilişində məhdudiyyətlər olacaq.
Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Qeyd edək ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.