İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan “Bizimsüd” adlı şorun və Abşeron rayonu, Novxanı kəndindəfəaliyyət göstərən fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan “İvanovka” adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi aşkarlanıb.
Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş verilib.
Qeyd edək ki, istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.