Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən Bakı şəhəri Yasamal və Xətai rayonlarının ərazisində Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilib.
Bu tədbirlər zamanı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində və Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən “Forte Fashion”, habelə Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən “Forte Fashion” və “Forte kids” adlı geyim mağazalarında vergi orqanında uçota alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar olunaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada rəsmiləşdirilib.
Aparılmış vergi nəzarəti tədbirləri zamanı “Forte kids” və “Forte fashion” əmtəə nişanı adı altında 5 obyektdən 4-də qanunsuz sahibkarlıq fəaliyyəti göstərildiyi, həmin obyektləırin ümumi sahəsinin 700 kv. metr, uçotdan gizlədilmiş malların dəyərinin 729266 manat, əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş fiziki şəxslərin sayının isə 15 nəfər olduğu müəyyən edilərək, aşkarlanmış faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.