B.EST Solutions şirkətinin təsisçisi dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edilib

2018-ci ilin fevral ayında B.EST Solutions şirkətinin təsisçisi və rəhbəri və Milli mobil identitetlərin qlobal ittifaqının (GANMI) sədri xanım Yana Krimpe One World Identity (OWI) versiyasına əsasən dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil edilib.

Bu uğur bir çox xarici KİV-lər tərəfindən də diqqətdən kənarda qalmayıb. Belə ki, Estoniyanın nüfuzlu nəşri sayılan Postimees Yana Krimpenin Finlandiya, Yaponiya və bir sıra digər ölkələrdə istifadə olunan Estoniyanın X-Road platformasının prototipinin Azərbaycanın elektron hökumət sisteminə ixracını, ölkədə Asan İmza mobil elektron imzanın inkişafını, eləcə də bir sıra digər inqilabi texnologiyaların tətbiqindəki xidmətlərini xüsusilə yüksək qiymətləndirib. Məqalədə B.EST Solutions şirkətinin rəhbərinin Azərbaycan ilə Estoniya arasında informasiya texnologiyaları sahəsində sıx əməkdaşlıq istiqamətindəki xidmətləri də qeyd edilib.

Qeyd edək ki, aparıcı, müstəqil One World Identity (OWI) təşkilatı identifikasiya sahəsində metodların tədqiqatı və işlənib hazırlanması ilə məşğuldur. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən təşkilat kibertəhlükəsizlik, elektron kommersiya və risklərin idarə edilməsi kimi sahələrdə çalışır və onun əsas məqsədi davamlı innovativ identitetlər və strategiyaların işlənib hazırlanmasına dəstək göstərməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır