Bağlanan 3 bankda əmanətlərin qaytarılması dayandırılıb

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 21 aprel 2017-ci il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 202 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 milyon 625 min manat (ümumi kompensasiya öhdəliyinin 75 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 min manatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 128 miyon 685 min  manatdan artıq kompensasiya ödənilmişdir.

21 aprel 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 288 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 262 min manatdan artıq kompensasiya ödənilmişdir.

21 aprel  2017-ci il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 436 milyon 771 min  manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 %-i əmanətçilərə ödənilmişdir.

“Yunayted Kredit Bank” ASC-də qorunan  əmanətlər    2 116 min manatdır  və  21 aprel  2017-ci il tarixinə 982 min 132 (46,4 %) manatı artıq kompensasiya edilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilmişdir.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilmişdir.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 728 milyon 270 min manatdan artıq kompensasiya   ödənilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır