Mayın 24-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları ilə məşğul olan bir qrup biznes subyektləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov Sahibkarlığın inkişaf etdirilməsi, daxili istehsalın stimullaşdırılması, mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsinin ölkənin ixrac potensialının artmasına təkan verdiyini və iqtisadi təhlükəsizliyin təmin olunmasına,daxili bazarın qorunmasına, ticarətin asan, sürətli və şəffaf şəkildə həyata keçirilməsinə gömrük orqanlarının, o cümlədən Bakı Baş Gömrük İdarəsinin diqqətlə yanaşdığını bildirib.
Gömrük əməkdaşlığının inkişaf etdirilməsi, qarşılıqlı işgüzar münasibətlərin peşəkar şəkildə qurulmasının ümumi işə faydasından bəhs edən Vüsal Novruzov gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra operativ və obyektiv şəkildə həllini tapacağın diqqətə çatdırıb. Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.