Mərkəzi Bankın Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib

20 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100270S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 431 368 200 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən olunub. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 18.07.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır