27 fevral 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) mütəxəssisləri qonaq təlimçi qismində ADA-da kapital bazarlarına dair təlim keçirib.
BBN.az xəbər verir ki, təlim müddətində BFB-nin peşəkar təlimçiləri iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızlarla kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış ediblər.
Sonda sual-cavab sessiyasında tələbələrin sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb.