Bakı Fond Birjasında Koreya Birjasının nümayəndə heyəti ilə görüş təşkil edilib

Bakı Fond Birjasıda Koreya Birjasının nümayəndə heyəti ilə görüş təşkil edilib.

Görüş zamanı mövcud Ticarət Sistemlərinin imkanlarının genişləndirilməsi, mövcud bazar alətlərinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq və birgə layihələr baradə müzakirələr aparılıb.

Qonaqlar həmçinin BFB-nin açılış zənginin iştirakçısı olub.

Qeyd edək ki, BFB-nin Ticarət Sisteminin daxil olduğu Azərbaycan Mərkəzi Ticarət Sistemi (CETA) 2016-cı ildə “Azərbaycan Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində Koreya Birjasınının Ticarət Platformaları əsasında yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır