Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104011686 ISIN-li, 40 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 89.3119 AZN (12.033%) və 93.5785 AZN (6.8999%) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.6999%), orta ölçülmüş qiyməti 93.3607 AZN (7.1506%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82, 433, 800, 00 AZN yerləşdirilmiş həcmi isə 40 mln manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  06.10.2020-ci il-dir.

Hərrac iştirakçıları 17 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır