Bakı Fond Birjasının dövriyyəsi 2,3 dəfə artıb

Bakı Fond Birjası dövriyyə hesabatını açıqlayıb.

Hesabata görə,  dövlət qiymətli kağızlar bazarının həcmi illik müqayisədə 3 dəfə artaraq 719,3 mln. manata çatıb. Bunun da 289,9 mln. manatını Maliyyə Nazirliyinin dövlət istiqrazları, 429,4 mln. manatını isə Azərbaycan Mərkəzi Bankının notları təşkil edib.

Son 1 ildə pay bazarının həcmi 99 dəfə artaraq 601,4 mln. manata, borc bazarının həcmi isə 8,6 dəfə artaraq 284,4 mln. manata yüksəlib.

5 ay ərzində REPO əməliyyatlarının həcmi isə 11,6 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu növ əməliyyat həyata keçirilməyib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Bakı Fond Birjasında bütün maliyyə alətləri üzrə keçirilən bağlanılan əqdlərin ümumi dəyəri 3,334 mlrd. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır