Dünən səhər Bayraq meydanından start götürən “Bakı Marafonu 2017” yürüşü Olimpiya stadionunda uğurla başa çatıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən idman bayramının qalibləri müəyyən olunub və təşkilatçılar tərəfindən, yarışın şərtlərinə uyğun olaraq, pul mükafatları və hədiyyələrlə təltif ediliblər.
21 kilometrlik qaçış zolağını hamıdan tez qət edərək ilk onluqda qərarlaşan digər həvəskar idmançılara isə yarışın sponsorları, o cümlədən Azər Türk Bank öz hədiyyələrini təqdim edib.
Qeyd edək ki, artıq beynəlxalq format almış bu tədbirdə minlərlə azərbaycanlılarla yanaşı, burada yaşayıb işləyən müxtəlif ölkələrin yüzlərlə vətəndaşlarının da məmnuniyyətlə qatıldığı bu tədbirin sponsorları sırasında bir dövlət bankı kimi Azər Türk Bank da vardır.