“Bakı Metropoliteni” QSC 2017-ci ildə balansında olan kondisioner və kompressorla işləyən soyutma-isitmə sistemlərinə texniki xidmət və təmir üzrə servis xidmətinin alınmasına dair açıq tender elan edib.
Tender bir lot üzrə keçirilir. Müsabiqədə iştirak haqqı 200 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 yanvar saat 18:00-dək, tender təklifi və bank təminatını isə 2 fevral saat 15:00-dək Bakı şəhəri, M.Rəfili küçəsi,20 ünvanına (icarəyə nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə) təqdim etməlidirlər.
İddiaçıların təklifləri 3 fevral saat 15:00-da “Bakı Metropoliteni” QSC-nin əsas inzibati binasının akt zalında açılacaq.
Mənbə: report.az