Qlobal Maliyyə Mərkəzləri İndeksi (Global Financial Centres İndex) açıqlanıb.
BBN.az xəbər verir ki, Bakı ilk dəfə olaraq dünyanın ən iri maliyyə mərkəzlərinin reytinq cədvəlinə daxil olub. Azərbaycan(Bakı) Maliyyə mərkəzləri arasında 511 bəndlə 95-ci olub.
Cədvəldə birinci yerdə 794 bəndlə London (Böyük Britaniya) qərarlaşıb. 2-ci yeri 793 bəndlə Nyu-York (ABŞ), 3-cü yeri isə 781 bəndlə Honq-Konq tutub.
Sıralamada İstanbul (Türkiyə) 76-cı, Moskva (Rusiya) 83-cü, Astana (Qazaxıstan) 88-ci, Alma-Ata (Qazaxıstan) 94-cü, Sankt-Peterburq (Rusiya) isə 91-cı sırada yer alıb.
Qeyd edək ki, ənənəvi reytinq cədvdəlini “Z/Yen Group Ltd.” maliyyə konsaltinq şirkəti ildə 2 dəfə hazırlayır. Cədvəldə biznes mühiti, maliyyə, infrastruktur, insan kapitalı və nüfuz olmaqla 5 qrup üzrə 102 fərdi amildən istifadə olunur. Prosesdə 3 000 peşəkar mütəxəssisin rəyi nəzərə alınır.