“Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktyabrın 30-da keçiriləcək”

“Bakı-Tbilisi-Qarsa dəmir yolunun rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib.

O deyib ki, bu beynəlxalq layihənin açılışında bir sıra dövlətlərin nümayəndə heyətləri də iştirak edəcək.

E.Məmmədyarov gürcü həmkarını bu tədbirə dəvət edib.

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır