“Bakı-Tbilisi-Qars”ın ay sonunda istifadəyə verilməsi nəzərdə tutulur

“Dəmir İpək Yolu” olaraq da adlandırılan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin oktyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi Türkiyə ilə Gürcüstan, Azərbaycan və Orta Asiya Türk Cümhuriyyətləri arasında fasiləsiz dəmiryolu xəttini təmin edərək tarixi İpək Yolunun canlandırılmasıdır.

Qeyd edək ki, layihəyə 2008-ci ildə başlanılıb. Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə 1 milyon sərnişin və 4 milyon yük daşına biləcək. Eyni zamanda Asiya və Avropa arasındakı səyahət vaxtı 15 günə qədər azalacaq. Dəmiryolu xəttinin uzunluğu 826 kilometrdir.

Mənbə: Anadolu Ajansı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır