“Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var. İnsanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz “Wi-Fi”-la təmin edirik.
Bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “Impact Azerbaijan” jurnalına müsahibəsində qeyd edib.
Nazir bildirib ki, “İctimai Wi-Fi” layihəsi Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 15 parkında artıq həyata keçirilib. Planımıza uyğun olaraq ilin sonunadək paytaxtımızda bütün parkların pulsuz “Wi-Fi”-la təmin olunması nəzərdə tutulur”.