Bakıda “Moody’s Annual Azerbaijan Summit” adlı tədbir keçirilib

25 may “Bakıda Moody’s Annual Azerbaijan Summit” adlı tədbir keçirilib. Tədbirdə Moody’s-in vitse prezident assistantı, Risk Qrupunun eksperti  Ernest Serjenti, Maliyyə İnstitutları Qrupununun nümayəndəsi və menecment direktoru Nik Hil və Maliyyə İnstitutları Qrupunun eksperti Maria Malyukova təqdimatla çıxış edib.

Belə ki, sözügedən tədbirdə neft qiymətlərinin tənəzzülündən sonra real sektorda olan vəziyyət,  Moody’s-ə görə Azərbaycan banklarının reytinqi, bank sektoruna hökümət dəstəyi məsələlələri müzakirə olunub. Azərbaycan Beynəlxalq Bankı-nın reytinq inkişafı təqdim edilib.

Tədbirin sonunda Mood’s-in vitse prezidenti Denis Perevezentsev çıxış edib. Deniz Perevezentsev Moody’s in neft qiymətləriylə bağlı proqnozları təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır