Bakıda İT risklərin idarə edilməsi ilə bağlı konfrans keçirilib

19 may 2017-ci il tarixdə Bakıda maliyyə sektorunda İT risklərin idarə edilməsi ilə bağlı biliklərin mübadiləsinə həsr olunan Risk Management Forum 2017 konfransı keçirilib. Forum çərçivəsində Azərbaycan bank sektorunun yüksəkvəzifəli nümayəndələri, nəhəng banklarda risklərin idarə edilməsi üzrə rəhbərlər, eləcə də maliyyə sənayesinin, konsaltinq şirkətlərinin və İT üzrə bir sıra satışların aparıcı iştirakçıları əməliyyat, kredit, bazar, balans və qeyri-maliyyə risklərinin idarə edilməsi sahəsində konkret nümunələr göstərməklə öz təcrübələrini bölüşüb, həmçinin aparıcı ekspertlər dəyişikliklər və onların bankın daxili modelinə təsiri, risklərin dəyərləndirilməsi sisteminə baxış və təkmilləşdirilməsi, qeyri-sabitlik dövründə bank balans strategiyasının optimallaşdırılması üzrə praktiki tövsiyələri paylaşıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır