Balaxanı Sənaye Parkında daha 5 rezident fəaliyyətə başlayacaq. Bu barədə Jurnalistlər ölkədə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış 7 ha sahəni əhatə edən Balaxanı Sənaye Parkı ilə tanış olduqları zaman məlumat açıqlanıb.
BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Martın 13-də “Təmiz Şəhər” ASC KİV nümayəndələrinin iştirakı ilə məlumat turu və mətbuat konfransı keçirib, mətbuat nümayəndələrinə Səhmdar Cəmiyyətin fəaliyyəti və reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib.KİV nümayəndələri Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor bulvarı və Böyükşor gölündə görülən işlərlə tanış olublar. “Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov Böyükşor gölünün sağlamlaşdırılması sahəsində görülən işlər haqqında danışıb.Bildirilib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib.Məlumat turu çərçivəsində KİV nümayəndələri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda da olublar. Məlumat verilib ki, Zavod 2012-ci ildə Alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir.Zavodda 170-dən artıq Balaxanı sakini daimi iş yeri ilə təmin olunub.
Qeyd edək ki, daha sonra Cəmiyyətin fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Tədbirdə mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır