Daha bir bank Hökumət Ödəniş Portalına qoşulub

Daha bir bank Hökumət Ödəniş Portalına qoşulub.

NIKOIL | Bank Hökumət Ödəniş Portalına inteqrasiya olunub.  Belə ki, buraya sadə və rahat kütləvi ödəniş sisteminə kommunal ödənişlər, dövlət rüsumu, dövlət yol polisi cərimələri, təhsil ödənişləri, ipoteka ödənişləri, bütün növ sığorta ödənişləri üzrə servislər və digər xidmətlər daxildir.

BBN.az banka istinadən xəbər verir ki, istəyən hərkəs NIKOIL | Bank-n bütün filiallarında quraşdırılan NikoilPay ödəniş terminalları vasitəsilə bu xidmətdən yararlana bilər. Beləliklə, NIKOIL | Bank lazımi ödənişlərin həyata keçirilməsi prosesini asanlaşdırmaqla həm müştərilərin Bankın əməliyyat zallarında növbə gözləməkdən xilas edir, həm də onların vaxtına qənaət edir.

Qeyd edək ki, həmçinin, Bank müştərilərə HÖP vasitəsilə ödənişləri nağd qaydada həyata keçirmək imkanı təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır