“Bank of Baku” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Həftənin 7 günü müştərilərinə xidmət göstərən “Bank of Baku”, Bayram günlərində də fəaliyyətini davam etdirəcək.

Belə ki, Yeni il Bayramı ilə əlaqədar 31 dekabr və 01 yanvar tarixləri Bankda qeyri-iş günü hesab ediləcək. 02-03 yanvar 2018-ci il tarixlərində isə Bankın “Azneft”, “Neftçilər”, “Əhmədli”, “Bakıxanov”, “Sumqayıt” filiallarıBaş İdarəsindəki Müştəri Xidmətləri Departamenti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

Filial 02.01.2018 03.01.2018
Azneft 10:00 – 21:00 10:00 – 21:00
Fasilə (14:00 – 15:00) Fasilə (14:00 – 15:00)
Neftçilər 10:00 – 14:00 10:00 – 18:00
Fasilə (14:00 – 15:00)
Baş İdarə Qeyri-iş günü 10:00 – 14:00
Əhmədli Qeyri-iş günü 10:00 – 14:00
Bakıxanov Qeyri-iş günü 10:00 – 14:00
Sumqayıt Qeyri-iş günü 10:00 – 14:00

Qeyd edək ki,  30 dekabr 2017-cil tarixində “Bank of Baku”nun Bakıda fəaliyyət göstərən bütün filialları, eyni zamanda “Sumqayıt”, “Yeni Gəncə” və “Şirvan” region filialları fəaliyyətini həmişəki iş rejimində davam etdirəcək.

Bayram günlərində “Bank of Baku”nun yuxarıda adları çəkilmiş filiallarına yaxınlaşan müştərilər həm Nağd Pul krediti (restrukturizasiya daxil olmaqla) və Bolkart kredit, debet kartları və Dostlar Klubu kartları əldə edə, həm də valyuta mübadiləsi və Təcili Pul köçürmə xidmətindən faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır