“Bank of Baku” Biznes kreditlərinə 3% endirim edir

“Bank of Baku” iş adamları üçün yeni kampaniyaya start verir.

Belə ki, kampaniya müddətində Kiçik və Orta Sahibkarlıq krediti və ya Mikro kredit məhsulu üzrə müraciət edən müştərilər, Biznes kreditini  3% endirim və 0% komissiya ilə əldə edəcəklər.

Sahibkarlıq fəaliyyəti göstərən şəxslər 20.000 manatadək Mikrokreditləri illik 3% endirim və 0% komissiya ilə, Kiçik və Orta sahibkarlıq kredit məhsulunu əldə etmək istəyən müştərilər isə 300.000 manatadək kreditləri illik 20%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər.

Qeyd edək ki, 30 dekabr 2017-ci il tarixinə qədər davam edən kampaniyadan Bankın həm yeni, həm də təkrar müştəriləri faydalana biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır