Bank of Baku-dan Bolkartlılara özəl Novruz kampaniyası!

Novruz bayramı ərəfəsində, Bank of Baku bayram alış-verişinə hazırlaşan Bolkart müştəriləri üçün yeni kampaniyaya start verir.

10-20 mart tarixləri arasında keçirilən kampaniya çərçivəsində Bolkartlılar, bayram bazarlığını sərfəli şərtlərlə edə biləcəklər. Belə ki, bu dövr ərzində Bolkart sahibləri bayram alış-verişlərini rahatlıqla edib, xərcini 1 ay sonra deyil, 2 ay sonra ödəmək imkanı əldə edirlər. Yəni, Martda alıb, xərcini Apreldə deyil, Mayda ödəyəcəklər.

Kampaniya Bolkart partnyor şəbəkəsinə daxil olan bütün market və supermarketlərdə keçərlidir. Onların siyahısı ilə bu linkdən tanış ola bilərsiniz: https://goo.gl/DWNrdJ.

Qeyd edək ki, Novruz kampaniyasından bütün növ Bolkart kredit kart sahibləri faydalana bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır