“Bank of Baku” İnternet Bankçılıq vasitəsilə xarici bank kartlarına pul göndərmək mümkündür

“Bank of Baku” İnternet Bankçılıq vasitəsilə xarici bank kartlarına pul göndərmə imkanını təqdim edib.

Belə ki, Bank of Baku-nun İnternet Bankçılıq proqramından istifadə edən şəxslər, Bank of Baku və ya digər banka aid kartlarından vəsaitlərini, “Bank of Baku” kartlarına, ölkədaxili digər bank kartlarına, xarici bank kartlarına “Money Send” xidməti vasitəsilə asanlıqla və təhlükəsiz formada göndərə biləcəklər.

Bankın gətirdiyi əsas yenilik – kartdan-karta xaricə pul göndərmə imkanı vasitəsilə müştərilər xarici bank kartlarına da pul göndərə biləcəklər.

Yəni, Bank of Baku-nun İnternet Bankçılıq istifadəçiləri istər Bank of Baku, istərsə də digər yerli bankların kart hesablarından xarici bank kartlarına istədikləri vaxt kartdan-karta pul köçürməsi edə biləcəklər.

Bir plastik kartla aparılan köçürmə məbləğinin gündəlik limiti 1.700 AZN (1.000 USD ekv.), aylıq limiti isə 17.000 AZN (10.000 USD ekv.) təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır