“Bank of Baku” ipoteka kreditini 150.000 AZN-dək artırıb

“Bank of Baku” ipoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirib. İpoteka krediti üzrə maksimal məbləği 150.000 AZN-dək artıran Bank, minimal 20% ilkin ödəniş etməklə müştərilərini ev sahibi etmək niyyətindədir.

Bank of Baku-nun təklif etdiyi İpoteka kreditləri üzrə maksimal ödəniş müddəti 25 il, illik faiz dərəcəsi isə sadəcə 8% təşkil edir.

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına verilən ipoteka kreditinin rəsmiləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti; yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti; iş yerini və gəlirlərini təsdiq edən sənəd; Asan imza və ya Elektron imza kimi ilkin sənədlər tələb olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır