“Bank of Baku” ipoteka kreditləri üzrə illik faiz dərəcəsini aşağı salıb

“Bank of Baku” ipoteka krediti üzrə şərtlərini daha da yüngülləşdirib.

İllik faiz dərəcəsini aşağı salan bank, 150.000 AZN-dək ipoteka kreditini indi 7% illik faiz dərəcəsi ilə təqdim edir.

Bank of Baku-nun təklif etdiyi ipoteka kreditləri üzrə maksimal ödəniş müddəti 25 il, ilkin ödəniş isə sadəcə 20% təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır