“Bank of Baku” müştərilərini “Dostlar klubu”na qoşulmağa çağırır

Müştərilər, Bankla əməkdaşlıq dövrlərindən asılı olaraq “Dostlar Klubu”na qoşulmaqla aşağıdakı kartlardan birini əldə edə bilərlər:

Kartın növü Kimə verilir? Kredit məbləği
Gümüş Standart Bankla əməkdaşlıq müddəti 12 aya qədər olan və Bankın yeni müştəriləri 100 AZN-dək
Gümüş Bankla əməkdaşlıq müddəti 12 aydan 35 ayadək olan müştərilər 200 AZN-dək
Qızıl Bankla əməkdaşlıq müddəti 36 aydan 59 ayadək olan müştərilər 300 AZN-dək
Brilliant Bankla əməkdaşlıq müddəti 60 ay və daha artıq olan müştərilər 400 AZN-dək

“Dostlar Klubu”nun üzvləri ekspress kredit xəttindən faydalanmaqla yanaşı, həmçinin Bankın xidmət və məhsullarından istifadədə xüsusi güzəştlər və imtiyazlar qazanacaqlar. Belə ki, digər kredit növləri üzrə edilən hər bir ödəniş, kart sahibinə əlavə bonus qazandırmaqla, yeni kredit müraciətlərinin güzəştli şərtlərlə həyata keçirilməsinə imkan yaradacaq.

Yəni, toplanan bonus məbləğindən istifadə etməklə müştərilər növbəti krediti komissiyasız, üstəlik daha endirimli faizlərlə əldə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır