Bank of Baku “MasterCard kartlarının dövriyyəsi içində nağdsız əməliyyat payı ən yüksək olan bank” nominasiyasında ölkənin lider bankı elan edilib.
Bununla əlaqədar olaraq, MasterCard-ın keçirdiyi mükafatlandırma mərasimində Bank of Baku-ya xüsusi sertifikat təqdim olunub. “Bank of Baku”nun bu sahədə uğur qazanmasında ölkənin ilk kredit kartı Bolkart layihəsinin və korporativ bankçılıq sahəsində son dövrlərdə həyata keçirdiyi İŞKART və Əmək haqqı kartı layihələrinin rolu kifayət qədər böyükdür.
Qeyd edək ki, Bank of Baku artıq 10 ildən çoxdur ki, müştəriləri üçün MasterCard beynəlxalq kartlarının istifadəsinə şərait yaradıb.