“Bank of Baku” nağdsız ödənişlər üzrə lider bank seçilib

“Bank of Baku” ASC “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə I yeri tutub.

Bu haqda BBN.az saytına bank dairələrindən məlumat verilib.

Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə 2016-cı ildə nağdsız ödənişlər üzrə nominasiyalar çərçivəsində lider banklar müəyyənləşdirilib.

“Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə I yeri “Bank of Baku” ASC tutub. Bu nominasiya üzrə II və III yerlərin sahibi isə uyğun olaraq, “Bank Respublika” ASC və “Accessbank” ASC olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır