Bank of Baku-nun 145 Məlumat Mərkəzi 10 yaşını qeyd edir!

Ölkənin bank sektoruna gətirdiyi onlarla yenilikləri ilə innovator adını qazanan Bank of Baku həm də müştərilərə ilk dəfə olaraq avtomatlaşdırılmış menyu əsasında xidmət göstərən Məlumat Mərkəzini təqdim edən ilk bank olub.

Belə ki, 2007-ci ilin bu günündə ölkəmizdə ilk dəfə olaraq İVR (İnteraktiv Səsli Cavablanma) menyu əsasında 145 Məlumat Mərkəzi fəaliyyətə başladı. Keçən 10 il ərzində Məlumat Mərkəzi 1 milyondan artıq müştəri zəngini qəbul edib, onların Bankın məhsul və xidmətlərindən daha rahat istifadəsini təmin edə bilmişdir.

145 Məlumat Mərkəzinə daxil olan müraciətlərin illik sayı orta hesabla aşağıdakı kimidir:

  • Edilən zənglərin sayı – 250.000
  • Sayt vasitəsilə daxil olan müraciətlərin sayı – 20.000
  • Onlayn məsləhətçi xidmətindən istifadə edən müştəri sayı – 30.000 nəfər
  • Sosial şəbəkələr vasitəsilə daxil olan müraciatlər – 61.000

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır