“Bank of Baku” şənbə və bazar günləri müştərilərin xidmətində olacaq

“Bank of Baku” daxil olan müştəri müraciətlərinin sayı, həmçinin tələb və ehtiyaclarını nəzərə alaraq, artıq bir neçə müddətdir ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə Bankın Bakı şəhərində fəaliyyət göstərən bütün filialları və bəzi region filialları bu həftənin şənbə və bazar günü müştərilərin xidmətində olacaq.

Belə ki, 23 sentyabr 2017-ci il tarixində Bank of Baku-nun, “Azneft” filialı saat 10:00-dan 21:00-dək, “Neftçilər” filialı saat 10:00-dan 19:00-dək; “Bakıxanov”, “Əhmədli”, “Yasamal”, “Xırdalan”, “Sumqayıt”, “Həzi Aslanov”, “Mərdəkan”, “Mərkəz”, “Nəsimi”, “Səməd Vurğun”, “Şirvan”, “Yeni Gəncə” filialı və Baş İdarə saat 10:00-dan 14:00-dək və 24 sentyabr 2017-ci il tarixində isə, “Azneft” filialı saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır