Bank of Baku ödənişli əsaslarla universitetə qəbul olan və ya təhsilini davam etdirən tələbələrə özəl yeni təhsil krediti kampaniyasına start verir.
“Təhsil gələcəyimizdir, dəstək öhdəliyimizdir” şüarı altında keçirilən kampaniya ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqqlarının qarşılanmasına dəstək məqsədi daşıyır.
Belə ki, 16-31 avqust 2017-ci il tarixlərini əhatə edən təhsil kampaniyası çərçivəsində, 10.000 manatadək Nağd Pul Kreditinə 3% endirim və 0% komissiya tətbiq edilir.
Kampaniya çərçivəsində kredit rəsmiləşdirilməsi üçün ölkə ərazisində yerləşən ali təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrin ailə üzvlərindən biri – valideyni, nənə və ya babası, bacı və ya qardaşı müraciət edə bilər.
Təhsil Kampaniyası üçün müraciət edən müştərilər illik faiz dərəcəsinə 3% endirim; rəsmiləşdirmə komissiyası 0%; əmək haqqı tələbi vergilər daxil min. 185 AZN; ödəniş müddəti 3-36 ay; maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı; məbləğdən asılı olaraq zaminsiz kreditləşmə kimi güzəştli şərtlərdən faydalana biləcəklər.
Təhsil Kampaniyasından faydalanmaq istəyən şəxslər, iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri və 1-ci xətt qohumunun tələbə olduğunu təsdiq edən sənədləri (Universitetdən təqdim olunan arayış, Abituriyent jurnalı və ya DİM-in rəsmi saytından çıxarışı) banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı, Bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.