Bank of Baku yeni kampaniya elan edib

Bank of Baku yeni 3 QAT BONUS kampaniyası elan edib. Bank of Baku-nun İŞKART – biznes kart sahibləri E-PUL.az onlayn ödəniş portalı vasitəsilə etdikləri ödənişlərə görə 3 QAT BONUS qazanacaq.

Belə ki, 01-31 iyul 2017-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində, İŞKART istifadəçiləri E-PUL.az portalında kommunal xidmətlər, mobil operator və telefon şəbəkələri, internet və TV provayderlər və digər xidmətlərin ödənişini rahat və sürətli etməklə yanaşı, qazanacaqları bonusların sayını 3 dəfəyə qədər artıra biləcək. İŞKART sahibləri, daha sonra yığılmış bonusları real vəsaitə çevirərək, E-PUL.az portalındakı növbəti ödənişlərində istifadə edə, xüsusi endirimlər qazana və ya hədiyyələr ala bilərlər.

Qeyd edək ki, kampaniya bank və sığorta xidmətlərinin ödənişinə şamil edilmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır