“Bank of Baku”, bu yay “GƏLİİİR” şüarı altında müştərilərinə özəl silsilə kampaniya və sürpriz yeniliklərini elan etməkdə davam edir. Həmin kampaniyalardan biri “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan” adlı kampaniyasıdır.
24 iyul – 17 sentyabr tarixlərini əhatə edən kampaniyada Bolkart debet və Bolkart kredit kart sahibləri iştirak edə bilər. Kampaniya Bolkart kartları ilə həm ölkədaxili, həm də ölkəxaricində edilən bütün ödənişlərə şamil edilir. Şərtlərə əsasən kampaniya dövründə minimum 20 AZN-lik (əməliyyat sayı ən azı 5 olmaqla) ödənişlərinin ümumi məbləği daha çox olan Bolkartlı qalib olacaq.
Kampaniyanın yekununda əsas qalibin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin həftəlik və aylıq qaliblər də təyin olunub hədiyyə ilə mükafatlandırılacaq. Şərtlərə əsasən, iki və daha çox Bolkartlının ödənişlərinin ümumi məbləği eyni olduqda, əməliyyat sayı daha çox olan Bolkartlı qalib hesab olunacaq.
Qeyd edək ki, kampaniyada Bankın əməkdaşları və onların birinci dərəcəli qohumları iştirak etmir.