“Bank of Baku” yeni kampaniyaya start verib

“Bank of Baku” Bakı metropolitenin 50 illiyinə özəl olaraq, yeni kampaniyaya start verir.

Belə ki, kampaniya çərçivəsində Bakı metrosunun bütün əməkdaşları 10.000 manatadək nağd pul kreditini 2% endirimlə əldə edə biləcəklər.

Kampaniyadan yararlanan müştərilər, eyni zamanda illik faiz dərəcəsinə 2% endirim; əmək haqqı tələbi vergilər daxil min. 185 AZN; Ödəniş müddətinin 3-36 ay; maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı; məbləğdən və gəlirdən asılı olaraq zaminsiz kreditləşmə olması kimi sərfəli şərtlərdən də faydalanacaqlar.

Bank of Baku-nun Bakı metropolitenin 50 illiyinə özəl olaraq keçirdiyi kampaniyadan Bakı metropolitenində çalışan hər bir şəxs yararlana bilər.

 

 

Kampaniya 6 noyabr – 16 noyabr 2017-ci il tarixlərini əhatə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır