“Bank of Baku” “Zolotaya Korona” beynəlxalq təcili pul köçürmələri sistemi ilə uzun illər davam etdirdiyi əməkdaşlığı bərpa edib.
Dünyada 50.000-dən çox məntəqəsi olan “Zolotaya Korona” təcili pul köçürmələri sistemi vasitəsilə müştərilər, MDB ölkələrinə və Türkiyəyə vəsaitlərini qısa zaman ərzində göndərə bilərlər.
“Zolotaya Korona” təcili pul köçürmələri sistemi üzrə köçürmə məbləğinin limiti 20.000 USD (ekv.), Azərbaycan manatı ilə bütün istiqamətlərə aparılan köçürmələrə görə komissiya isə – 0% təşkil edir.
Qeyd edək ki, hal-hazırda “Bank of Baku”nun müştəriləri “Monex”, “Contact”, “Western Union”, “Lider” və “Zolotaya Korona” təcili pul köçürmə sistemlərindən istifadə edə bilərlər.