“Bank of Baku” ASC-nin rəhbərliyində dəyişiklik baş verib. BBN.az bankın saytına istinadən xəbər verir ki, Həsən Quliyev bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub, eyni zamanda, O “Bank of Baku”nun İdarə heyətinin üzvüdür.
Qeyd edək ki, İdarə Heyəti sədrinin müavini olan Vüsal Eynullayev tutduğu vəzifədən azad olunub.