“Bank BTB” VİSA kart sahiblərinə 12%-lik səyahət endirimi təqdim edir

“Bank BTB” səyahət etməyi sevən VİSA premium kart sahibləri üçün əvəzsiz fürsət yaradır.

Bankın “Visa Platinum” və “Visa Gold” kart sahibləri üçün “Agoda” ilə endirim fürsəti 2018-ci ili sonunadək uzadılıb. Belə ki, adıçəkilən kart sahibləri www.agoda.com saytı vasitəsilə otel bron edərkən 12%-lik endirimdən il sonuna qədər yararlana biləcəklər. Təklif olunan endirimləbağlı daha ətraflı məlumat üçün https://www.agoda.com/visacemea linkinə keçid edə bilərsiniz.

Xatırladaq ki, “Booking Holdings”ə daxil olan “Agoda” müştərilərinə dünyanın istənilən nöqtəsindəki otelində internet üzərindən bronlaşdırma imkanı təqdim edən nəhəng şirkətlərdən biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır