“Bank BTB” ASC-nin 2016-cı il üzrə audit hesabatı açıqlanıb. Hesabata əsasən, ötən il bankın aktivləri hesabat dövründən əvvəlki il ilə müqayisədə 14.8 % artaraq 239.2 mln. manat təşkil edib. 2016-cı ildə bankın öhdəlikləri 202.7 mln. manat, cəmi kapitalı isə 36.5 mln. manat olub. Bu isə 2015-ci illə müqayisədə müvafiq olaraq 26.9% çox və 25.1 % azdır.
Qeyd edək ki, bankın auditi beynəlxalq audit şirkətindən biri olan “KPMG Azerbaijan Ltd” şirkəti tərəfindən aparılıb.