Filial şəbəkəsinin təkmilləşdirilməsi və müştəri xidmətləri keyfiyyətinin artırılması məqsədilə Bank “BTB” ASC-nin “Gəncə” filialı 4 noyabr tarixindən etibarən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 234 ünvanında fəaliyyət göstərəcək.
Filialda bankın müştəriləri üçün geniş çeşidli kredit məhsulları, sərfəli şərtlərlə depozit yerləşdirmək imkanı, kommunal və sair ödənişlər, hesablaşma-kassa əməliyyatları və digər xidmətlər təklif ediləcək. Əlavə olaraq, müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcəklər.
Xidmət nöqtəsinin açılışında bankın rəhbərliyi iştirak etdi. Tədbirdə Bank “BTB” ASC-nin Müşahidə Şurasının Sədri, İdarə Heyətinin Sədri, İdarə Heyətinin üzvləri və Departament rəhbərləri də iştirak ediblər.